ŞƏXSİ MƏLUMATLARIN QORUNMASI

Şəxsi məlumat deyərkən müştərilərin MilaBrush MMC-nin xidmətlərindən istifadə zamanı şirkətə təqdim etdiyi bütün məlumatlar nəzərdə tutulur.

ŞƏXSİ MƏLUMATLARIN QORUNMA PRİNSİPLƏRİ

Ümumi prinsiplər:

MilaBrush MMC aşağıda qeyd edilən məqsədlərlə müştərinin  şəxsi məlumatlarını istifadə edə və ya açıqlaya bilər:

– Xidmət seçimlərinizi təyin etmək üçün

– Sifarişinizi sizə göndərmək üçün

– Milabrush MMC-nin maraqlarını qorumaq üçün

– Ədalət mühakiməsi üçün

– Sizin maraqlarınıza uyğun olduğunu düşündüyümüz, MilaBrush MMC xidmətləri və ya üçüncü tərəfin xüsusi təkliflərini təbliğ etmək üçün

MilaBrush MMC qeydiyyat formasında tələb edilən şəxsi məlumatları Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tələblərinə və ehtiyaclarınıza uyğun daha yaxşı xidmət göstərmək məqsədi ilə toplayır.

Təhlükəsizlik prinsipləri:

MilaBrush MMC şəxsi məlumatların səhvən silinməsi və ya açıqlanmaması üçün Şəxsi Məlumatların gizliliyi və təhlükəsizliyini qorumaq məqsədilə təşkilati və texniki addımlar da daxil olmaqla bütün ehtiyat tədbirlərinin görülməsinə məsuliyyət daşıyır.

Müştəri Qeydiyyat Formasında tələb edilən məlumatlara verilən cavablara görə məsuliyyət daşıyır. Əgər Qeydiyyat formasında tələb edilən məlumatlara natamam və ya qeyri-dəqiq cavab verilsə, bu, müştəriyə göstərilən xidmətin dayandırılması və ya xidmətin tamamilə sonlandırılması ilə nəticələnə bilər.

MilaBrush MMC müştərilərinin şəxsi məlumatlarının qorunmasına cavabdehdir.

Naviqasiya
Close

Səbətim

Close

Bəyəndiklərim

Recently Viewed

Close

Sizi aramızda görməyə şadıq!

Qeyd etdiyiniz məlumatlarınız sifarişinizin sizə çatdırılması üçün istifadə ediləcək. Ətraflı məlumatı gizlilik siyasəti bölməsindən ala bilərsiz.

Mövcud bir hesabınız var?

Close

Categories